Türkiyədə keçirilən etiraz aksiyası Ermənistan cəmiyyətini qorxuya salıb. Ekoloji aksiya bölgəni ciddi təhdid edən Metsamor Atom Elektrik Stansiyası(AES) əleyhinə olub.
Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan bununla bağlı yerli mediaya açıqlama verərək AES-in fəaliyyətini az qala göylər qaldırıb: “İyunun 1-də İğdırda 33 ətraf mühitin mühafizəsi və insan haqları təşkilatının mitinqində Ermənistan AES-nin bağlanması tələbləri növbəti dəfə səsləndirilib. Bu fenomen yeni deyil. Ermənilərə məxsus dinc məqsədlər üçün olan "atomu” ənənəvi olaraq region üçün ekoloji təhlükə mənbəyi kimi təqdim etməyə çalışırlar. O, bir sıra türk strukturlarının tənqid hədəfinə çevrilib. Eyni zamanda, həm zavodun texniki vəziyyəti, həm də onun beynəlxalq müayinəsi ilə bağlı aşkar faktlara məhəl qoyulmur. Ermənistan AES-i Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır və dəfələrlə həm müntəzəm yoxlamalardan, həm də xüsusi stress-testlərdən keçib. MAQATE-nin baş direktoru Rafael Qrossi isə 2023-cü ildə Ermənistana səfəri zavodun beynəlxalq standartlara uyğun işlədiyini təsdiqləyib. Bunda "Rosatom"un da rolu böyükdür. Rusiya dövlət korporasiyası sayəsində ən azı 2036-cı ilə qədər təhlükəsiz istismar imkanı təmin edilib, stansiyanın texniki modernləşdirilməsi üzrə genişmiqyaslı layihə həyata keçirilib. Göründüyü kimi, ekologiya adı altında erməni “atomu”na qarşı koordinasiyalı mübarizə davam edir", - deyə ekspert bölgəni ikinci Çernobıla çevirə biləcək köhnə AES-in fəaliyyətini malalayıb.
Tural