Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabaeva gimnastların Beynəlxalq Gimnastika Federasiyasının (FIG) keçirdiyi turnirlərdə iştirak etməmək qərarını dəstəkləyib. Kabayevanın bununla bağlı fikirlərini əks etdirən xüsusi videoçarx “Nebesnaya qraçiya” Bədii Gimnastika Akademiyası tərəfindən yayılıb.
"Biz daha da irəli getməyəcəyik. Neytral status verilmədi. Niyə? Çünki bir qızımız sosial şəbəkələrdə Qələbə Günü münasibətilə təbrik paylaşdı. Biz Beynəlxalq Olimpiya Komitəsində göstərilən şərtlərə baxsaq görərik ki, orada bu barədə heç nə yazılmayıb. O, nasizmdən danışmır, vətənpərvərlikdən söz açırdı", - Kabayeva deyib.
Kabaeva həmçinin FIG-i Rusiyanın öz bayrağı və himni ilə digər ölkələrlə idman rəqabəti aparmasına icazə verməyə çağırıb.
"İdman da incəsənət kimi siyasətdən kənarda olmalıdır", - Kabaeva əlavə edib.
Tural