İçərisində 5400 manat olan ödəmə terminallarını oğurladı

İçərisində 5400 manat olan ödəmə terminallarını oğurladı
15 Fev 2025 16:18

Binəqədi rayonun ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.


Bu barədə news365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada