Azərbaycan əsilli milyonçu bloger Hüseyn Həsənov İnstaqramda diqqət çəkən paylaşım edib. O, “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulinanı məhkəməyə verəcəyini bildirib.
İddiaya səbəb Mizulinanın sosial şəbəkələrdə Həsənovla bağlı açıqlamaları olub. Bloger belə hesab edir ki, ümumiyyətlə Yekaterinanın hesabını bloklamaq lazımdır.
"Möhkəm dayan, əzizim!", -deyə blogger yazıb.
Qeyd edək ki, dünən Hüseyn Həsənovun axtarışa verilməsi barədə məlumat yayılıb. O, çirkli pulların yuyulması maddəsi ilə açılan cinayət işi çərçivəsində axtarışa verilib. Hüseyn Həsənovun barəsində qiyabi həbs qərarı çıxarılıb. Blogeri 7 ilə qədər həbs cəzası gözləyir
Tural