Hun Manet: Vəziyyət həssasdır, suverenliyimiz pozulur

Hun Manet: Vəziyyət həssasdır, suverenliyimiz pozulur
17:52

Tailand qüvvələri hələ də Kambocaya məxsus əraziləri nəzarətdə saxlayır.

News365.az xəbər verir ki, Kambocanın baş naziri Hun Manet bildirib ki, əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Tailand qüvvələri hələ də Kambocaya məxsus əraziləri nəzarətdə saxlayır. 

Onun sözlərinə görə, vəziyyət hazırda olduqca həssasdır və bu hal ölkənin suverenliyinin pozulması deməkdir.

Baş nazir qeyd edib ki, ABŞ-nin vasitəçiliyi ilə əldə edilən atəşkəsə baxmayaraq, sahədə tam sabitlik təmin olunmayıb və gərginlik riski qalmaqdadır. Kamboca tərəfi məsələ ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağa davam edəcəyini vurğulayıb.



Sizin reklam burada
Sizin reklam burada