Hindistan və Pakistan arasında yeni gərginlik - SƏBƏB

Hindistan və Pakistan arasında yeni gərginlik - SƏBƏB
20 Sen 2024 15:21

Hindistan və Pakistan arasında 64 illik su müqaviləsi iki ölkə arasında gərginliyə səbəb olub.

News365.az xarici mediaya istinadla xəbər verir ki, Hindistan rəsmi olaraq Dünya Bankının zəmanəti ilə 1960-cı ildə Pakistanla imzalanmış 64 illik Hind Su Müqaviləsinə (IWT) yenidən baxılmasını tələb edib.

Press Trust of India-nın məlumatına görə, Yeni Dehli administrasiyası avqustun 30-da Hind Su Müqaviləsinə uyğun olaraq İslamabada bildiriş göndərib.

"Hindistanın bildirişi müqavilənin müxtəlif maddələri üzrə öhdəliklərin yenidən qiymətləndirilməsini tələb edən şəraitdə əsaslı və gözlənilməz dəyişiklikləri vurğulayır", - xəbərdə adı açıqlanmayan mənbələrə istinadən bildirilir. 


Youtube kanalımız

Oxşar xəbərlər