Hindistan universiteti Çinin "Robodoq"unu özününki kimi təqdim etdi

Hindistan universiteti Çinin "Robodoq"unu özününki kimi təqdim etdi
16:56

Dehlidə keçirilən süni intellekt sammitində Hindistan universitetinin professoru Çin istehsalı olan robotu öz ixtirası kimi təqdim edib.

News365.az xarici KIV-ə istinadla xəbər verir ki, professor dövlət televiziyasına verdiyi müsahibədə "Orion" adlı robotu hazırladığını iddia edib. Onun bu açıqlaması ölkə gündəminə çevrildikdən sonra robotun Çin istehsalı olduğu üzə çıxıb.

Beləki, sosial şəbəkə istifadəçiləri robotu tanıyıb.Məlumata görə, sözü gedən məhsul Çinin Unitree Robotics firması tərəfindən hazırlanmış "Go2" modelidir və 2200 dollardan başlayan qiymətlə satılır.

Hadisədən sonra açıqlama verən Universitet professorun belə bir iddia etdiyini təkzib edib. Baş verənləri isə özlərinə qarşı təxribat adlandırıb.


Sizin reklam burada
Sizin reklam burada