Hindistan-Pakistan sərhədində döyüşlər genişlənir - VİDEO

Hindistan-Pakistan sərhədində döyüşlər genişlənir - VİDEO
10:53

Xəbər verdiyimiz kimi Hindistan və Pakistan sərhədində aktiv döyüşlər başlayıb. Atışma əsasən Cammunun Parqval-Axnur sektorunda baş verib.


Bu barədə "Clash Report" məlumat yayıb. 

Pakistanın informasiya naziri gecə saatlarında Hindistanın yaxın 24-36 saat ərzində hərbi hücum planlaşdırdığına dair "etibarlı kəşfiyyat məlumatlarına" malik olduğunu söyləyib. Hindistanın Pahalqami hadisəsindən bəhanə kimi istifadə edəcəyi iddia olunur.

"İstənilən təcavüz aktı qətiyyətlə qarşılanacaq. Hindistan regionda baş verə biləcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq", - o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan bir qədər əvvəl ABŞ Dövlət Departamenti də bölgədə yaranmış vəziyyətə reaksiya vermişdi. ABŞ amerikalı rəsmilərin Hindistan və Pakistan tərəfi ilə əlaqə saxladıqlarını və tərəfləri “eskalasiyanın qarşısını almağa” çağırdıqlarını bəyan edib. ABŞ dövlət katibi Marko Rubionun bu gün və ya sabah Hindistan və Pakistanın xarici işlər nazirləri ilə əlaqə saxlaması gözlənilir.

Artıq internetdə aktiv döyüşlərin getməsini əks etdirən videolar da yayılır.

Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.



Tural


Sizin reklam burada
Sizin reklam burada