Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı

Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı
13 Apr 2025 11:44

Müğənni Rahidə Baxışova efirdə göz yaşlarına qərq olub.

Kövrək anlar sənətçinin qonaq olduğu "İncə səhər" verilişində yaşanıb.

Proqramda Baxışovadan həyatını ağ vərəğə çəkməsi istənilib. Daha sonra Rahidə çəkdiklərinin şərh edərək ağlayıb.

"İçimdə böyüməmiş bir uşaq var. Ağ vərəqdə bu şəkilləri çəkərək o illərə qayıtdım. Yaşadıqlarımın hamısını burada əks etdirə bilmirəm. Çünki yaşadığım həyat hekayəsi bu vərəqə sığmaz. Amma bacardığım qədər çəkdim (ağlayır). Çəkdiyim ağacın bir tərəfi yarpaqları tökülmüş, digəri isə çiçəklənmişdim. Bu da mənim atamla əlaqədardır. Onun əvvəlcə olması sonra isə olmamasıdır (atası itkin düşüb). Biraz çətin yollar. Uşaqlıqda ağır yollardan keçmişəm. Qara buludlar, yaşıllıq, günəş... Günəş mənim populyarlıq dövrümdür. Bunlar arzu, istəklərimdir. Sənətə addımlarımı atandan sonra bu həyatı dərk etmişəm. Bacardığım qədər özümə istədiklərimi qurmuşam. Bunlar mənim uşaqlığımdır. Çox qəribədir ki, bunları rəngli də çəkmək olardı... Amma içimdəki o rənglər elə deyil. İçimdəki rənglər bu idi. Sonra həyatımda açan çiçəklər, güllər... Çəkdiyim ürək isə sənətə, həyata olan sevgimdir. Bəlkə sevib, ailə qurduğum... O ürəyin içinə bütün sevgimi sığdırmışam. Həyat keşməkeşlidir. Bəzən istədiyin kimi olmur. Sonda özümə... (ağlayır) Çox çətindir bu anlar mənim üçün. Arzum sağlam və xoşbəxt həyat yaşamaqdır" - deyə, Rahidə fikirlərini ifadə edib.

Qeyd edək ki, Rahidə Baxışova iki dəfə ailəli olub, boşanıb. Onun birinci evliliyindən bir oğlan, ikinci evliliyindən isə Zahra adında bir qız övladı var. Müğənninin övladları arasında 12 yaş fərqi var


Sizin reklam burada
Sizin reklam burada