Hamını düşündürən sual: İsrail İranı nə vaxt vuracaq?

Hamını düşündürən sual:  İsrail İranı nə vaxt vuracaq?
18 Apr 2024 14:05

"İsrail İranın məlum hücumlarına lazım bildiyi zamanda Pilotsuz Uçuş Aparatları (PUA) və raketlərlə cavab verəcək. Hakim dairələr müxtəlif üsullar üzərində işləyirlər".  News365.az xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan İsrail rəsmisinə istinadən məlumat yayıb.

İsrail rəsmisi qeyd edib ki, dövlətin cavab tədbirlərini reallaşdırmaq üçün “bir neçə üsulu” var.

Nəşrin mənbələrinin məlumatına görə, cavab tədbirləri variantları arasında İsrail nəinki İran ərazisinə birbaşa zərbə endirməyi, həmçinin bu ölkədən kənarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə hücumları da nəzərdən keçirir. "Bundan başqa, cavab tədbirlərində “kiberhücumlar və qətllər” də istisna olunmur”, – qəzet yazıb.

Mənbələr onu da vurğulayıblar ki, "Eyni zamanda, İsrail ciddi eskalasiyaya başlamazdan əvvəl Tehrana aydın siqnallar göndərməyə çalışır”.

“The New York Times” həmçinin xatırladıb ki, İran liderləri artıq İsrailin istənilən zərbəsinə ölkənin qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə qarşı pilotsuz təyyarələr və raketlər atıb. Tehran bunu İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə İsrailə aid edilən hücuma cavab adlandırıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər