Hakan Fidan: “Bakı-İrəvan arasında sülh Türkiyə-Ermənistan arasında normallaşmaya müsbət təsir edəcək” - VİDEO

Hakan Fidan: “Bakı-İrəvan arasında sülh Türkiyə-Ermənistan arasında normallaşmaya müsbət təsir edəcək” - VİDEO
14 Dek 2023 19:53

“Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyiş Türkiyə ilə Ermənistan arasında normallaşmaya da müsbət təsir edəcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bölgədə sülh və rifahın əldə olunmasına olduqca yaxınıq. Bu fürsətin mübət dəyərləndirilməsi üçün qardaş ölkə olan Azərbaycanla yaxın əməkdaşlığı davam etdirəcəyik”, - deyə nazir qeyd edib.

 


Sizin reklam burada
Sizin reklam burada