Hakan Fidan Almaniyaya səfər edəcək - Qəzza və Rusiya-Ukrayna münaqişəsi müzakirədə

Hakan Fidan Almaniyaya səfər edəcək - Qəzza və Rusiya-Ukrayna münaqişəsi müzakirədə
15:07

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 28-də Almaniyaya səfər edəcək və səfər çərçivəsində Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparacaq.

News365.az xəbər verir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə TASS-a açıqlayıb.

Mənbə bildirib ki, Fidan səfər zamanı Almaniyanın xarici işlər naziri Yohan Vadefulun dəvətini qəbul edərək, Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair Türkiyənin göstərdiyi səyləri müzakirə edəcək. Nazir həmçinin bu istiqamətdə atılan addımların dəstəklənməsini təsdiqləyəcək.

Eyni zamanda, Fidan İsrailin Qəzza zolağında atəşkəsi pozan hərəkətlərini qəbuledilməz sayır və bu mövzuda Almaniya tərəfini məlumatlandırmağı planlaşdırır. O, Qəzza zolağında davamlı atəşkəsin təmin olunmasının, humanitar yardımların fasiləsiz çatdırılmasının, yenidənqurma işlərinin başlanmasının və İsrail qoşunlarının bölgədən çıxarılmasının vacibliyini vurğulayacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada