KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq

KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq
12 Apr 2026 23:33

Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı hərbi missiyasında iştirak etməyəcək.

News365.az "Sky News"a istinadən xəbər verir ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və bir sıra digər ölkələrin hərbi dəniz qüvvələrinin boğazın blokadasına başladığını bəyan edib.

Telekanalın məlumatına görə, London bu əməliyyata qoşulmaq niyyətində deyil.

Xatırladaq ki, Hörmüz boğazı dünyada neft-qaz daşımalarının əsas marşrutlarından biridir.


Sizin reklam burada
Sizin reklam burada