8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
News365.az xəbər verir ki, müraciətdə deyilir:
"8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda
bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can
sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Bu tarixi gün
xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına
qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik
rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu
tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.
Biz din
xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir,
şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə
ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə
tərəqqinin təməlini təşkil edir.
Bir daha Zəfər
Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və
xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.
Allah dövlətimizi,
xalqımızı və Sizi qorusun!”