Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkənin daxili və xarici siyasətində prioritet istiqamətləri açıqlayıb.
Prezidentin bəyanatında vurğulanıb ki, hazırkı beynəlxalq gərginlik şəraitində Gürcüstan daha ağıllı və praqmatik qərarlar qəbul etməlidir.
O, ölkənin əldə etdiyi uğurlara diqqət çəkərək qeyd edib ki, Gürcüstan son illər ərzində müxtəlif sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib.
"Gürcüstan regionda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığını gücləndirir. Ölkə Avropa İttifaqına üzvlüyə doğru irəliləyir. Lakin avrointeqrasiya prosesi bəzi dairələr tərəfindən manipulyasiya obyektinə çevrilib. Buna baxmayaraq, Gürcüstan bu istiqamətdə mövqeyini dəyişməyəcək", - Prezident vurğulayıb.
“Birlikdə Gürcüstanın təhlükəsizliyini, sülhü, sabitliyi və iqtisadi rifahı təmin edəcəyik”, - deyə M.Kavelaşvili fikrini tamamlayıb.