Erməni jurnalist: Ermənistanda yol çəkilmir, bizi aldadırlar

Erməni jurnalist: Ermənistanda yol çəkilmir, bizi aldadırlar
02 Yan 2025 14:47

2024-cü il mayın 27-də baş verən sel Dilican-İcevan dövlətlərarası avtomobil yolunun bir çox hissələrinə ziyan vurub.

News365.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Voskan Sərkisyan öz Facebook səhifəsində yazıb.

“Jurnalist sorğuma cavab olaraq Tavuş qubernatoru Ayk Qalumyan bildirib ki, yolun zədələnmiş hissələri 2025-ci ilin birinci yarısında, yolun dağılmış kənarı isə Dilican şəhərinin şimal kənarında, Getap yaxınlığında bərpa olunacaq. Yol kənarındakı restoran kompleksi 2024-cü ilin sonuna kimi təmir ediləcək. Lakin il bitib, amma bu sektorda təmir işləri aparılmayıb. Bizi aldatdılar”, - deyə Sərkisyan qeyd edib.


Youtube kanalımız