Rusiyanın "Sibir" aviaşirkətinin “Airbus 321A” təyyarəsi bu gün səhər Moskvadan Norilskə (Krasnoyarsk diyarı) gəldikdən və hava limanında eniş etdikdən sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb.
News365.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"İlkin məlumata görə, bu gün saat 08:00 radələrində "Sibir" aviaşirkətinin Moskvadan uçuş həyata keçirən “Airbus 321A” təyyarəsi N.N.Urvantsev adına Norilsk beynəlxalq hava limanında eniş başa çatdıqdan sonra dönərkən uçuş-enmə zolağından kənara çıxıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, təyyarədə 79 sərnişin olub, hava gəmisi müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.
Moskvaya reysin yerinə yetirilməsi üçün ehtiyat təyyarə ayrılıb, uçuş saat 15:30-a planlaşdırılıb.