ABŞ yeni ilin ilk günü iki hücum və bir partlayışla sarsılıb.
News365.az xarici mətbuata istinadən xəbər verir ki, New Orleansda Yeni ili qeyd etmə zamanı baş verən avtomobillə hücumda ölənlərin sayı 15-ə çatıb, daha bir hücum xəbəri isə Nyu-Yorkdan gəlib."Amazon" adlı gecə klubuna edilən hücumda ilkin məlumatlara görə, ən azı 10 yaralı var. Las-Veqasdakı "Trump" otelinin qarşısında isə bir "Tesla" avtomobili partlayıb.
Səlahiyyətlilər 15 nəfərin öldüyü partlayışda bu "Tesla"nın da eyni rentakardan icarəyə götürüldüyünü müəyyən ediblər.
FBI New Orleansda baş verən hücumun səbəbkarının keçmiş hərbçi olduğunu müəyyən edib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.