Səudiyyə Ərəbistanı krallığa narkotik vasitələri keçirməkdə ittiham olunan 6 İran vətəndaşına qarşı edam hökmünün icra olunduğunu açıqlayıb.
News365.az xəbər verir ki, bu haqda əl-Cəzira telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin bəyanatına görə, şərq bölgəsində məhkəmə prosesinin bütün mərhələləri başa çatdıqdan sonra qərarlar icra olunub.
Qeyd olunur ki, müttəhimlər Səudiyyə ərəbistanına marixuana keçirməyə cəhd edərkən həbs ediliblər.