"Tramp dövründə Müəyyən gözləntilər var ki, münasibətləri balanslaşdırmaq mümkün olacaq. Hazırda lazımı kommunikasiyalar bu istiqamətdə qurulur"
Milli Məclisin deputatı Rasim Musabəyov bunu News365.az-a deyib.
"Cənab prezident yeni Tramp administrasiyası ilə Azərbaycanın daha işlək münasibətlər qurması ilə bağlı yeni il çıxışında dəqiq bir fikir səsləndirdi. Prezidentin əvvəlki çıxışında da Azərbaycan, bizim 30 illik müstəqilliyimiz tarixində respublikaçı administrasiyası ilə daha işlək münasibət qurmaq imkanı da olub, nəinki demokrat partiyasının dövründə. Demokratik partiya və Bayden administrasiyası olduqca ideoloji yanaşma var idi. Hər kəsi istiqamətləndirmək istəyində, bu cür münasibətlə hansısa tənqidlərlə, hansı ki, bu münasibətlər döblətlər arasında maraqlar əsasında qurulub. Biz müşahidə edirdik ki, ideoloji yanaşmanın nəticəsində lobbi təsirlərinin nəticəsində Ermənistana himayəsini qaldırmışdılar, Azərbaycana isə təzyiq münasibətində idilər. İndiki halda da münasivbətlərimiz elə də istədiyimiz şəkildə deyil. Tramp dövründə Müəyyən gözləntilər var ki, münasibətləri balanslaşdırmaq mümkün olacaq. Hazırda lazımı kommunikasiyalar bu istiqamətdə qurulur"- deyə fikirlərini bildirib.
News365.az