"Verilişdə yıxıldım. Bəziləri düşündülər ki, şou idi. Elə deyildi. Çəkilişin sonunda çırpıldım yerə".
News365.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Özəl" verilişində deyib. Bir müddət əvvəl proqramda yıxılma görüntüləri yayılan müğənni xəsarət almasından danışıb:
"1 ay müalicə aldım, sinəmdə və qabırğamda çatlar oldu. Yıxılandan sonra verilişi dayandırmadıq, çəkiliş davam etdi".