Oktyabrın 29-da İspaniyada daşqınlara səbəb olan leysan yağışlar ölkənin müxtəlif bölgələrində təsirli olmaqda davam edir.
News365.az xarici mediaya istinadla xəbər verir ki, güclü yağışlar sonuncu dəfə ölkənin cənubundakı Əndəlüs bölgəsindəki Almeriya şəhərinə yağıb.
İki gündür təsirli olan yağışlar səbəbiylə Almeriya şəhər mərkəzi xaricində olan Vicar, El Ejido və Roquetas de Mar bölgələrində bəzi yolların çökdüyü, bir çox avtomobilin sel altında ciddi ziyan gördüyü bildirilib.