Güclü maqnit qasırğası nə vaxta kimi davam edəcək?

Güclü maqnit qasırğası nə vaxta kimi davam edəcək?
02 İyn 2025 12:43

Yerdə geniş şəkildə yayılan maqnit qasırğası ən azı iyunun 3-dək davam edəcək və onun gücü vaxtaşırı dəyişəcək. Bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutunun nümayəndəsi bildirib.


"G3-G4 dövrlərində olan qasırğalar əsasən G1-G2-ə enəcək. Geomaqnit qasırğaları, Günəşin tac kütləsindən atılan dalğaların davam edən təsirləri iyunun 2-nin sonuna qədər gözlənilir", - o, deyib.


Mütəxəssisin sözlərinə görə, iyunun 3-dək geomaqnit qasırğasının səviyyəsinin zəifə doğru- G1 səviyyəsinə enəcəyi gözlənilir. Eyni zamanda, kosmik hava mərkəzi agentliyə bundan əvvəl də məlumat verib ki, hazırda Yerdə maqnit qasırğasının səviyyəsi artıq G1 səviyyəsinə düşüb. Dünən G4-ün yüksək səviyyəsinə çatıbmış.


İyunun 1-də səhər məlum olub ki, Günəşdə baş verən partlama nəticəsində kosmosa atılan plazma buludu Yerə çatıb. Alimlər maksimum səviyyəli maqnit qasırğalarını proqnozlaşdırıblar.



Tural


Sizin reklam burada
Sizin reklam burada