Güclü külək Bakıda xeyli ağacı aşırdı

Güclü külək Bakıda xeyli ağacı aşırdı
04 Fev 2026 10:54

Bakıda gecədən başlayan güclü külək nəticəsində 19 ağac aşıb, 15 ağacın budaqları qırılıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, güclü külək nəticəsində birliyin qaynar xəttinə daxil olan 34 müraciət Xətai, Nəsimi, Suraxanı və Binəqədi rayonlarını əhatə edib.

Qurumun əməkdaşları tərəfindən indiyədək 15 aşmış ağac, 13 qırılan budaq ərazidən götürülərək təmizlənib.


Sizin reklam burada
Sizin reklam burada