Göyçay rayonunda çayxanada dava olub.
News365.az-ın məlumatına görə, hadisə fevralın 16-da axşam saatlarında şəhər ərazisindəki çay evində baş verib. Rayon sakini 36 yaşlı Cavid Əhmədovun Göyçay şəhərində yerləşən çay evlərinin birində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə C.Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zəminində C.Əhmədov pilləkənlərdən yerə yıxılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə M.Əsgərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.