Goranboydakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI – VİDEO

Goranboydakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI – VİDEO
08 Sen 2025 14:20

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də, saat 16:30 radələrində Bakı–Qazax yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib. 

News365.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hadisənin səbəbini açıqlayıb.   

Bildirilib ki, Türkiyə vətəndaşı, 2002-ci il təvəllüdlü Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasındakı maneələrə çırpılıb, daha sonra qeyri-yaşayış obyektinə daxil olub. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qəzanın səbəbi sükan arxasında yatan sürücünün diqqətinin itməsi olub.



Sizin reklam burada
Sizin reklam burada