Goranboyda mənzilin tavanı çökdü, xəsarət alan var

Goranboyda mənzilin tavanı çökdü, xəsarət alan var
08:50

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin tavanı çöküb.

Hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin tavanının anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının  sədri Seymur Nazarov bildirib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin tavanının çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O həmçinin bina sakinlərinin təxliyə edildiyini deyib.

Hazırda ərazidə  təhlükəsizlik tədbirləri görülür.


Sizin reklam burada
Sizin reklam burada