Rusiyada gömrükçülər yolsuzluq avtomobillərindən birinin sürücüsündən Gürcüstandan Rusiya Federasiyasına keçirmək istədiyi 150-dən çox silah-sursat götürüblər. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
"Hadisə Yuxarı Lars keçid məntəqəsində baş verib. Rusiyaya daxil olan avtomobildən 153 tapança aşkar edilib və həmin tapançalar avtomobilin altındakı ehtiyat təkərin içinə bərkidilib. 26 yaşlı sürücü hüquq-mühafizə orqanları ilə söhbətində deyib ki, “bütün bunları onun üzərinə atıblar”. Gənci ciddi cərimə gözləyir", - nəşr yazıb.
Tural