Ortastatistik
azərbaycanlı ailəsi. Ər-arvad, uşaq(bir və ya iki), baba, nənə. Bəzən baldız
deyilən ailə üzvü də olur. Əslində yeni evlənənlər ayrı yaşamalıdır. Amma bu o
qədər də asan deyil. Çünki gənclər ev ala bilmir.
Bəs, gənclər
niyə ayrı yaşamalıdırlar?
Mövzu ilə
bağlı danışan tanınmış ziyalı Vaqif Qarayev deyir ki, indiki uşaqların tərbiyə
metodları 30-40 il əvvəlki ilə uyğun gəmir:
“İndi
"mən 2-3 uşaq böyütmüşəm" prinsipi keçmir. Baba-nənə ancaq fiziki baxımdan
kömək edə bilər. Uşağın tərbiyəsi, sağlamlığı və təhsili ilə ata-ana məşğul
olmalıdır!Yoxsa, evdə hərə öz bildiyini tətbiq etmək istəyir uşağa... Ən
populyar şukayət-mən uşağa telefon vermirəm, amma baba-nənəsi bu qadağaya əməl
etmir. Və ya mən uşağa çipsi filan almıram, amma babası hərgün cibləri dolu gəlir.
Qınayaqmı gəncləri? Yox! Amma bir məsələ də var. Bəzi gənc anaların uşaq haqqında
təsəvvürü belə yoxdur. Adi supları, sıyıqları hazırlaya bilmir hörmətli gənc qızlarımız.
Onda baba-nənələr öz köhnə təcrübələrindən istifadə etmək məcburiyyətində qalırlar.
Bu "qarışıq" qulluq uşaqların səhhətində və tərbiyəsində ciddi
problemlər yaradır. Hər gün də bunu görürük”
News365.az