Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. "Qazel" markalı yük avtomobili ilə minik maşını toqquşub. Qəzada 1972-cü il təvəllüdlü R.Qasımov və 1981-ci il təvəllüdlü H.Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.