Gəlinlərin əllərində gül tutmasının QƏRİBƏ SƏBƏBİ

Gəlinlərin əllərində gül tutmasının  QƏRİBƏ SƏBƏBİ
25 Apr 2024 09:18

Son illər bizdə də dəb halını alıb. Gəlinlər əllərində gül dəstəsi tuturlar. Amma çoxları Avropadan gələn bu adətin məözini, mənasını bilmir. Sən demə bu adətin çox qəribə səbəbi varmış.

Bunu News365.az-a açıqlamasında tədqiqatçı Tural İrfan deyib. O bildirib ki, Avropada hamam mədəniyyəti çox sonradan yaranıb:

“XVI əsrə qədər Avropada insanların çoxu ən yaxşı halda ildə bir dəfə çimirdilər. Bu da əsasən iyun-may aylarına təsadüf edirdi.  Bəlkə də ona görə orta əsrlərdə avropalılar ancaq iyun ayında toy edirdilər. Toydan əvvəlsə illik hamamlarını  mayda icra edirdilər ki, iyunda çox pis iy verməsinlər. Lakin, bununla belə gənc qadınlar pis qoxularını gizlətmək üçün   əllərində bir dəstə çiçək tuturdular. Bax, gəlinlərin əllərində gül tutma ənənəsi belə yaranıb”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər