Moskvadan Bakıya gəmi ilə səyahət: Yeni kruiz marşrutu açılır

Moskvadan Bakıya gəmi ilə səyahət: Yeni kruiz marşrutu açılır
17:10
Rusiya Moskva ilə Bakı arasında kruiz laynerlərinin hərəkətini təşkil etməyi planlaşdırır. Yeni layihə çərçivəsində lüks gəmilərlə iki şəhər arasında təxminən 14 günlük səyahət nəzərdə tutulur.

News365.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, kruiz səfəri hər istiqamətdə yeddi gün olmaqla, ümumilikdə 14 gün davam edəcək.

Hakimov bildirib ki, layihə Rusiya hökumətinin dəstəyi, o cümlədən Sənaye və Ticarət Nazirliyinin subsidiyaları hesabına həyata keçirilir.

Ticarət nümayəndəsinin sözlərinə görə, hazırda layihə üçün nəzərdə tutulan gəmilərdən biri artıq hazırdır, digər iki gəminin də yola salınması planlaşdırılır. İlk səfərlər uğurlu olarsa, əlavə iki gəmi də marşruta qoşula bilər.

Beləliklə, ilkin mərhələdə Moskva-Bakı marşrutu üzrə bir kruiz laynerinin fəaliyyətə başlaması gözlənilir. Layihənin nə vaxt reallaşacağı və ilk səfərin dəqiq tarixi isə hələ açıqlanmayıb.


Sizin reklam burada
Sizin reklam burada