Gədəbəydə ana və qızı döyülüb.
News365.az-ın məlumatına görə hadisə rayonun Söyüdlü kəndində baş verib.
1983-cü il təvəllüdlü İ. Mürsəlova və qızı 2007-ci il təvəllüdlü N. Mürsəlova bədənlərinin müxtəlif hissələrinin xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin versiyaya görə İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.
Faktla bağlı Gədəbəy polis idarəsində araşdırmalara başlanıb.