Çox növbəli iş rejimində axşam növbəsində 20 faiz, gecə növbəsində isə 40 faiz əlavə ödəniş edilməlidir.
Bunu news365.az-a Əmək Qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov bildirib.
"İş vaxtının ən azı yarısı gecə növbəsinə düşürsə o gecə növbəsi sayılır. İşin başlanma və bitməsindən asılı olmayaraq gecə növbəsindən əvvəlki növbə axşam növbəsi sayılır"