FTB terakt olduğunu təsdiqləmədi

FTB terakt olduğunu təsdiqləmədi
01 Yan 2025 19:00

Federal Təhqiqatlar Bürosu Yeni Orleanda baş verən hücumu terror aktı kimi qiymətləndirməyib.


News365.az xəbər verir ki, bu barədə FTB nümayəndəsi Aleta Dankan açıqlama verib.


O bildirib ki, xüsusi xidmət orqanı hələlik hadisəni terror aktı kimi təsdiqləmir.


Şəhərin meri Latoya Kantrell isə avtomobilin piyadaların üzərinə sürülməsini terror aktı kmi qiymətləndirib.


Qeyd edək ki, ABŞ-ın Yeni Orlean şəhərində naməlum şəxs avtomobilini insan izdihamının üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.


Youtube kanalımız