Fransa da neçə kilsə insan sümüklərindən tikilib? - TƏHLİL

Fransa da neçə kilsə insan sümüklərindən tikilib? -  TƏHLİL
19 Apr 2024 09:35

"Azərbaycanda 44 günlük müharibədən sonra xarici dövlətlərdə bəzi dairələrdə Bakıda yaradılan Hərbi Qənimətlər Parkına qarşı münasibət aqressivdir. Sanki dünyada ilk qələbədən sonra qənimətlərdən park yaradan bizik. Fransada bu gün də neçə kilsə var ki, qətl edilmiş sümüklər içərisində divara hörülüb".

News365.az xəbər verir ki, bu sözləri tarixçi Zaur Əliyev deyib. O bildirib ki, Çinin Böyük Səddi milyonlarla insanın sümükləri üzərində tikilib. Britaniya, Amerika, Rusiya və digər böyük dövlətlərdə yüzlərlə belə fakt var:

"Bunlardan biri də dünyaya insan hüquqları və demokratik dəyərlər təbliğ edən Yaponiyadır. Şəkildə gördüyünüz tikil Mimizuka ( "Qulaq kurqan" və ya "Qulaqlı məzar"), Yaponiyanın Kyoto şəhərində yerləşən və öldürülən Koreya əsgərlərinin və mülki şəxslərin kəsilmiş burunları, qulaqları və bədən üzvlərinin istifadə edildiyi abidədir. Qədimlərdə Yaponiyada döyüşçülər iştirak etdikləri müharibələrdə öldürdükləri düşmənlərin başını kəsib geriyə – öz ölkələrinə gətirirdilər, bu adət idi. 1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi.

Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərlərinin başını mükafat kimi öz vətənlərinə aparmaq hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq-burunlarını götürmək imkanı yaradırdı.

1596-cı ildə 160.000 yapon əsgəri müharibə üçün Koreyaya getdi, və döyüşlər zamanı 185.738 koreyalı və 29.014 çinli olmaqla cəmi 214.752 nəfəri əsir götürdü. Lakin onların heç birinin sağ saxlamaq fikriləri olmayan Yaponlar hamısını qətl edib, burun və qulaqlarını kəsərək gəmi ilə vətənlərinə gətiridilər və düşmənlərə dərs olsun deyə bu abidəni tikmək qərarına gəldilər. Abidənin materiallarında bu bədən üzvləri material kimi istifadə edilib.

İndi də bu abidə turistlər üçün açıqdır. Minlərlə insan gəlib bu bəşəriyyətin ən dəhşətli abidəsinə baxırlar. Bizim Qənimətlər parkı isə sadəcə texniki avadanlıqlardan ibarətdir. Sadəcə açıq səma altında muzeydir.İndi dünya bu ən dəhşətli və qorxunc abidəyə görə Yaponiyaya söz desinlər də?

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər