Fişənglə silahlanıb pivə oğurladı

Fişənglə silahlanıb pivə oğurladı
31 May 2025 11:05

Rusiyada maraqlı soyğunçuluq hadisəsi baş verib. Novosibirskdə mağazaya kustar üsulla hazırlanmış fişəng tapançası "silah"ı ilə girən şəxs bir qutu pivə oğurlayıb. Yerli sakin olan cani artıq saxlanılıb.

Bu barədə "Qvardiya" Təhlükəsizlik Agentliyi məlumat yayıb.


"Hadisə Zabalueva küçəsində baş verib. Təcili müdaxilə qrupu əlində pivə qutusu ilə səkidə qaçan naməlum şəxsi görüb. Həmçinin onu təqib edən bir adam da olub. Qarətçinin yaxşı fiziki formada olmaması aydın görünürdü və qısa qaçış məsafəsindən sonra o, təqibçisindən uzaqlaşa bilmədi. Daha sonra o, pivə qutusunu yerə ataraq qaçmağa çalışsa da, qvardiyaçılar təqibə qoşulub və uğursuz "sprinter" saxlanılıb.", - məlumatda qeyd edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada