İspaniya və Portuqaliya milliləri arasında Millətlər Liqasının final matçında azarkeşlərdən biri stadionda yıxılaraq ölüb. Bu barədə “İndependent” Avropa Futbol Assosiasiyaları İttifaqındakı (UEFA) mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər şey əlavə vaxtda baş verib. Azarkeş yuxarı pillədən jurnalistlərin oturacağına yıxılıb, təcili yardım briqadaları cəld müdaxilə etsə də, kişini xilas edə bilməyiblər.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente oyundan dərhal sonra mərhumun ailəsinə başsağlığı verib.
Tural