Son 15 il ərzində ilk dəfə Fin körfəzinin tamamilə buzla örtülməsi riski var.
News365.az-ın məlumatına görə, rusiyalı meteoroloqu Aleksandr Kolyosov bu barədə "Telegram" kanalında məlumat verib.
"Son bir ay yarımın şaxtalı havası Fin körfəzindəki buzun qərbə doğru irəliləməsinə imkan verib. Körfəzin buz örtüyünün 80% olduğu təxmin edilir və qarşıdakı uzunmüddətli şaxtalı hava tam donmaya səbəb ola bilər", - deyə hesabatda bildirilir.
A.Kolyosov aydınlıq gətirib ki, bu cür genişmiqyaslı buzlanma əvvəlki illərdə qeydə alınmayıb. Adətən, körfəzin yalnız şərq ucu donur, qərb hissəsi isə daha yüksək hava temperaturu səbəbindən buzsuz qalır.
Sinoptik, həmçinin qeyd edib ki, siklonun cənuba keçməsi nəticəsində güclənən şimal-şərq küləyinin buz sahəsini parçalamağa və uzatmağa başladığı görüntülərdən aydın görünür. Lakin onun hesablamalarına görə, aşağı temperatur davam edəcək və bu da 2011-ci ildən bəri ilk dəfə körfəzin tamamilə donması üçün şərait yaradacaq.