Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli strukturuna qarşı əməliyyat keçirilib.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İzmirdə FETÖ-nü hədəf alan əməliyyatda 31 şübhəli saxlanılıb.
Əməliyyat zamanı çox sayda rəqəmsal vəsait, 134 min 300 lirə, 301 dollar və bir ədəd nasoslu ov tüfəngi götürülüb.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.