"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi

"Fənərbağça"nın keçmiş çalışdırıcısı İngiltərə klubunun baş məşqçisi təyin edildi
17:51

"Nottingem Forest" futbol klubu Vitor Pereyranın baş məşqçi təyin olunduğunu açıqlayıb.

 57 yaşlı portuqaliyalı mütəxəssis 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

"Fənərbağça"nın keçmiş çalışdırıcısı Pereyra "Nottingem Forest"in cari mövsümdəki dördüncü baş məşqçisidir. Ondan əvvəl bu vəzifədən Nuno Eşpiritu Santu, Angelos Postekoqlu və Şon Deyç istefaya göndəriliblər.

Hazırda komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdə qərarlaşır.


Sizin reklam burada
Sizin reklam burada