Fələstin dövlətini tanımaqda qərarlıyıq - Fransa

Fələstin dövlətini tanımaqda qərarlıyıq - Fransa
06 İyn 2025 22:45

Fransa Fələstin dövlətini tanımaqda qərarlıdır.


News365.az xəbər verir ki, bu barədə RTL kanalının efirində ölkənin xarici işlər naziri Jan Noel Barro bildirib.


“Bir neçə gündən sonra Nyu-Yorkda baş tutacaq konfransla əlaqədar biz bir sıra ölkələri, eləcə də bütün maraqlı tərəfləri, xüsusilə Fələstin Milli Administrasiyasını, regionun ərəb ölkələrini Fələstin dövlətinin yaradılması və mövcudluğuna bütün maneələri aradan qaldırmaq üçün öhdəliklər götürməyə cəlb etmək əzmindəyik”, - o deyib.


Barro əlavə edib ki, eyni zamanda, HƏMAS hərəkatının tərksilah edilməsi mütləq zərurətdir, əks halda Qəzza və Fələstin üçün gələcək sülh və sabitlik mümkün olmayacaq.


Sizin reklam burada
Sizin reklam burada