“Euronews”un Bakıda ofis açması Azərbaycana dair verilişlərin sayını artırdı - Rəşad Məcid

“Euronews”un Bakıda ofis açması Azərbaycana dair verilişlərin sayını artırdı - Rəşad Məcid
09:25

Son günlər “Euronews” telekanalında Azərbaycan mövzusunda hazırlanan verilişlərin sayı xeyli artıb. Proqramlarda müsahiblərin Azərbaycan dilində danışması, ölkənin təbiətinin və mətbəxinin yüksək səviyyədə təqdim edilməsi müsbət qarşılanır.

News365.az xəbər verir ki, bu barədə Yazıçılar Birliyinin katibi Rəşad Məcid sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, “Euronews”un Bakı ofisinin fəaliyyətə başlaması qısa zamanda öz müsbət təsirini göstərib. Ofisin açılışında çıxış edən telekanalın İdarə Heyətinin sədri Pedro Vargas David Azərbaycanın hər zaman balanslı şəkildə təqdim olunduğunu vurğulayıb və ölkəmizi “dünyəvi, müasir, sürətlə inkişaf edən və özünə inamla dolu ölkə” adlandırıb.

Mütəxəssislər də Avropanın ən tanınmış media qurumlarından birinin Bakıda ofis açmasını son 5 ildə Azərbaycan mediasının əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi qiymətləndirirlər.

Rəşad Məcid qeyd edib ki, ofisin açılmasından çox az vaxt keçməsinə baxmayaraq, “Euronews”da ölkəmizlə bağlı maraqlı verilişlərin davamlı nümayişi bu qərarın nə qədər vacib və doğru olduğunu bir daha təsdiqləyir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada