Estoniya sualtı kabelə görə hərbi dəniz əməliyyatına başlayıb

Estoniya sualtı kabelə görə hərbi dəniz əməliyyatına başlayıb
27 Dek 2024 12:43

Estoniya Estlink 2 kabeli zədələndikdən sonra Estlink 1 sualtı kabelini qorumaq üçün hərbi dəniz əməliyyatlarına başlayıb. Reuters-in yaydığı məlumata görə, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib.

"Estoniya Silahlı Qüvvələri Estlink 1 sualtı elektrik kabelini qorumaq üçün dəniz əməliyyatına başlayıb", - agentlik yazıb.

Xatırladaq ki, dekabrın 25-də Estoniya və Finlandiya arasında Estlink 2 elektrik kabeli Baltik dənizində sıradan çıxıb.

Tural


Youtube kanalımız