Ersin Tatar: “Tarix təkrarlardan ibarətdir”

Ersin Tatar: “Tarix təkrarlardan ibarətdir”
02 İyl 2025 16:16

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetində keçirilən mərasimdə çıxışı zamanı dünyada baş verən gərgin proseslərə toxunub.

News365.az xəbər verir ki, ŞKTC rəhbəri bildirib:

“Tarix təkrarlardan ibarətdir. Bu gün dünyamız narahatdır. Düriyada, Ukraynada baş verənlər bizi üzür. Bu proseslər həll edilməlidir”, – deyə o bildirib.

Prezident Tatar çıxışı zamanı həmçinin təhsil və elm sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb və Azərbaycanla əlaqələrin gücləndirilməsinin önəmini qeyd edib.



Sizin reklam burada
Sizin reklam burada