Yəməndən İsrail ərazisinə raket atıldı

Yəməndən İsrail ərazisinə raket atıldı
17 Avq 2025 20:37

İsrail Ordusu ölkə ərazisinə Yəməndən yeni raket atışları qeydə alıb.

News365.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Yəmən ərazisindən bir raket İsrailə doğru atılıb. Ölkənin bir sıra bölgələrində hava hücumu təhlükəsi elan edilib.

Ordu raketin zərərsizləşdirildiyini bildirib.

Dağıntılar barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada