66 yaşlı kişi qətlə yetirildi

66 yaşlı kişi qətlə yetirildi
17 Avq 2025 21:15

Astarada qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Suparibağ kəndində qeydə alınıb.

    Belə ki, avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada