Şəkərli diabet üzərində ilk qələbə

Şəkərli diabet üzərində ilk qələbə
17 Avq 2025 21:26

1-ci tip şəkərli diabet xəstəsinə uğurlu hüceyrə köçürülməsi həyata keçirilib.

News365.az xəbər verir ki, araşdırma "New England Journal of Medicine" jurnalında dərc olunub.

İsveç və ABŞ alimlərinin apardığı təcrübədə 42 yaşlı kişiyə genetik olaraq dəyişdirilmiş mədəaltı vəz hüceyrələri köçürülüb. Hüceyrələr CRISPR texnologiyası ilə elə redaktə olunub ki, immun sisteminin onları rədd etməsi minimuma endirilib.

Bu prosesdən sonra xəstəyə immuniteti zəiflədən dərmanlar verilməyib. Köçürülmədən dörd ay sonra hüceyrələr insulini aktiv şəkildə istehsal etməyə başlayıb. Bu əməliyyat nəticəsində xəstənin orqanizmi uzun illərdən sonra ilk dəfə insulini özü hasil edib.

Həkimlər qeyd edirlər ki, köçürülən hüceyrələrin sayı hələlik tam müalicə üçün kifayət etmir. Amma nəticə gələcəkdə 1-ci tip diabetin köklü müalicəsi üçün böyük ümid yaradıb.


Sizin reklam burada
Sizin reklam burada