Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
12:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistandan baş verən daşqınlar səbəbindən başsağlığı verib.

News365.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşım edilib.

"Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir".

 


Sizin reklam burada
Sizin reklam burada