“Ermənistanla tarixdə ilk dəfədir ki, məsələlərin müzakirəsində uğur əldə edirik“ - Xəyal Bəşirov

“Ermənistanla tarixdə ilk dəfədir ki, məsələlərin müzakirəsində uğur əldə edirik“ -  Xəyal Bəşirov
25 Apr 2024 10:24

"İkinci Qarabağ müharibəsindən sonra bir hansısa prosessin reallaşdırılmasından öncə Qərbdən olan bir sıra qüvvələr Fransa, Amerika Birləşmiş Ştatları həmin o prosesin baş tutmaması üçün əllərindən gələni edirlər, amma proses reallaşandan sonra, dəstəklədiklərini, alqışladıqlarını bildirirlər." 

Politoloq Xəyal Bəşirov bunu News365.az-a açıqlamasında deyib. 

"Hər bir halda dünyada söz sahibi, güc sahibi olan, xüsusilədə Ermənistana təsir etmək imkanları olan dövlətlər yaxşı olardı ki, bu istiqamətdə Ermənistana təsir göstərsinlər. İkinci Qarabağ müharibəsi reallaşdı və Azərbaycan işğal prosesinə son qoydu. Bu da Qərb ölkələri tərəfindən alqışlanmasa belə, buna qarşı hər hansı mövqey də ortaya qoymadı. Demək ki, həmin qüvvələr bununla razı idi. Ona görə ki, onlar bunu bildirsələrdə, bildirməsələrdə Amerikanın, Fransanın bir sıra digər qüvvələrin BMT təhlükəsizlik şurasının 4 qətnaməsinin imzalanmasında xüsusi rolları var idi. Həmin o qətnamələrdə də qeyd edilirdi ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilibdir, boşaldırlmalıdır. Kollektiv Qərb müəyyən mənada prosesdən öncə, ən yaxşı halda laqeydlik nümayiş etdirir. Amma prosesdən sonra, aktiv fəaliyyətə keçdiklərini görürük. Ermənistanla biz tarixdə ilk dəfədir ki, ikitərəfli qaydada bir sıra məsələləri müzakirəsini və uğur əldə etməsinin şahidi oluruq. Ötən ilin sonunda 7 dekabr tarixində Azərbaycan prezident administrasiyası ilə Ermənistan baş naziri aparatı arasında birgə bəyanat səsləndirilməsi, bir həftə sonra hərbiçilərin mübadiləsinin həyata keçirilməsi, sərhədlərin delimitasiya prosesini qarşılıqlı şəkildə görüşlərin keçirilməsi ilə davam etdirilməsi Azərbaycan diplomasiyasının məntiqi uğurudur"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər